Azərbaycan millisinin növbəti FİFA reytinqindəki perspektivi bəllidi.Newsport.az saytının məlumatına görə, dünən açıqlanan siyahıdan növbəti cədvələdək olan dövrdə komandamız 3 oyun keçirəcək.
Avqustun 20-də Özbəkistan, sentyabrın 3-də Rusiya ilə yoldaşlıq oyunu, 8-də Bolqarıstanla AVRO-2016-nın seçmə matçına çıxacaq yığmamızın növbəti reytinqdəki mövqeyi bu qarşılaşmaların nəticələrindən asılıdı.
Artıq indidən bu görüşlərin dəyəri bəllidi. Asiyalılar üzərində qələbə 415, heç-heçə 139 xal gətirəcək. Rusiya ilə oyunda bu rəqəmlər 531 və 177-yə bərabərdi. Bolqarıstanla qarşılaşmanın dəyəri isə daha yüksəkdi - 960 və 320.
Təbii ki, bu 3 oyunda qazanılacaq xallar ümumi hesaba yazılacaq. Nəticədə isə hazırda 413 xalla dünyanın 73-cüsü olan komandamızın vəziyyətinə aydınlıq gələcək.
Berti Foqtsun yetirmələri hər 3 oyunda qalib gəlsə, ümumi xalımız 540-a çatacaq. Bununla neçənci yerdə olacağımızı proqnozlaşdırmaq asan deyil. Amma indiki cədvəldə 540 xal 50-ci olmaq üçün yetərli idi. Bu üzdən bir ay sonrakı cədvəldə toplanan xalın indiki siyahıda tutmağa imkan verdiyi yeri “təxmini mövqe” kimi qəbul etmək olar.
Bu da o deməkdir ki, millimiz 50-ci yerə qədər yüksələ bilər. Ən pis halda, hər 3 oyunda uduzsa isə “100-lüy”ü tərk etməyəcək. Ümumilikdə isə 3 qarşılaşma üçün 27 variant mümkündür.
|
Özbəkistan
|
Rusiya
|
Bolqarıstan
|
Xal
|
“təxmini mövqe”
|
|
2
|
2
|
2
|
540
|
50
|
|
2
|
2
|
1
|
469
|
65
|
|
2
|
2
|
0
|
434
|
71
|
|
2
|
1
|
2
|
501
|
56
|
|
2
|
1
|
1
|
430
|
72
|
|
2
|
1
|
0
|
394
|
79
|
|
2
|
0
|
2
|
481
|
62
|
|
2
|
0
|
1
|
410
|
75
|
|
2
|
0
|
0
|
375
|
84
|
|
1
|
2
|
2
|
510
|
54
|
|
1
|
2
|
1
|
439
|
68
|
|
1
|
2
|
0
|
403
|
78
|
|
1
|
1
|
2
|
470
|
65
|
|
1
|
1
|
1
|
399
|
78
|
|
1
|
1
|
0
|
364
|
88
|
|
1
|
0
|
2
|
451
|
66
|
|
1
|
0
|
1
|
380
|
83
|
|
1
|
0
|
0
|
344
|
93
|
|
0
|
2
|
2
|
494
|
58
|
|
0
|
2
|
1
|
423
|
73
|
|
0
|
2
|
0
|
388
|
80
|
|
0
|
1
|
2
|
455
|
66
|
|
0
|
1
|
1
|
384
|
80
|
|
0
|
1
|
0
|
348
|
92
|
|
0
|
0
|
2
|
435
|
71
|
|
0
|
0
|
1
|
364
|
88
|
|
0
|
0
|
0
|
329
|
99
|
2 – millimizin qələbəsi, 1 – heç-heçə, 0 – məğlubiyyət.