Türkiyənin "Qaziantep BB" klubun futbolçusu Vaqif Cavadov UEFA Avropa Liqasının play-off mərhələsinin "Tvente" - "Qarabağ" cütlüyünündə tərəflərin şanslarını dəyərləndirib.
Newsport.az saytının məlumatına görə, Hollandiya mətbuatına açıqlama verən millimizin üzvü "Qarabağ"ın rəqibinə görə daha üstün olduğunu bildirib:
"Rəşad Sadıqov və Reynaldo hazırda "Qarabağ"ın ən yaxşı futbolçularıdır. Hər iki komandanın heyətində çıxış etmişəm. 5 il öncəki "Qarabağ" və "Tvente" arasında çox böyük fərq var. Hazırkı "Tvente" əvvəlkinə nisbətən daha zəifdir. Çünki həmin il komanda ölkə çempionu oldu və əsas heyətə düşmək üçün futbolçular arasında çox böyük rəqabət var idi. "Qarabağ"Enshede təmsilçisini keçəcək gücdədir ".
Qeyd edək ki, 2009/2010 mövsümündə "Qarabağ"ın heyətində Avropa Liqasının pley-off mərhələsində "Tvente"yə qarşı oynayan Vaqif elə həmin mövsüm Enshede klubuna transfer olunub.