Premyer liqanın II turu çərçivəsində evdə “Sumqayıt”ı qonaq edəcək “Xəzər Lənkəran” doğma arenada hazırlığa start verib.
Newsport.az saytının məlumatına görə, dünəndən başlayaraq Lənkərandakı bazasında məşqlərini davam etdirən komandamız bu gun və sabah məşqlərini keçirdikdən sonra matç saatını gözləyəcək.
Qeyd edək ki, Yeni mövsümdə ilk dəfə azarkeşlərinin qarşısına çıxacaq “Xəzər Lənkəran”ın ilk ev matçı saat 20:00-da start götürəcək və “Xəzər Lənkəran” TV vasitəsilə canlı göstəriləcək.