"Sumqayıt" "Muradına çatdı"

"Sumqayıt" Futbol Klubu transfer çalışmalarını davam etdirir. Komandamız sabiq yarımmüdafiəçisi, ötən mövsümü AZAL-da keçirmiş Murad Ağayevi heyətinə qatıb.
 
Newsport.az saytının məlumatına görə, 1993-cü il təvəllüdlü futbolçu "Sumqayıt" FK ilə 2 illik müqavilə imzalayıb. Murad komandamızda 45 nömrəli futbol formasını geyinəcək.
 
Xatırladaq ki, Murad 2012/2013 mövsümünü "Sumqayıt" FK-da keçirib. U-21 millismizin üzvü komandamızda mövsüm ərzində ümumilikdə 25 qarşılaşmada 1845 dəqiqə meydanda olub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right