İspaniyanın Torredembarra şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə Avropa Superfinalında Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.
Newsport.az saytının məlumatına görə, Çexiya yığması ilə qarşılaşan millimiz 6:2 hesabı ilə qələbə qazanıb. Asif Zeynalovun dubl etdiyi oyunda hərəyə bir dəfə Hikmət Bağırov, Amid Nəzərov, Orxan Məmmədov və Sabir Allahquliyev fərqlənib.
Millimiz turnirdə növbəti oyununu avqustun 15-də, saat 14:30-da Polşa yığmasına qarşı keçirəcək.