Daha bir azərbaycanlı futbolçu Türkiyə klubunda çıxış edə bilər.
Newsport.az saytının məlumatına görə, bu, “Bakı”nın müqaviləli müdafiəçisi Yusup Xakimovdu. Belə ki, çeçen əsilli futbolçu hazırda Türkiyə PTT 1-ci Liqa təmsilçisi “Samsunspor”da baxışdadı. Əgər məşqçilər korpusu onu bəyənsə, futbolçumuz bu klubla müqavilə bağlayacaq.