"Mütləq “Qarabağ”a qalib gəlməliyik”

"Dnepr"in futbolçusu Artyom Fedetski Ukrayna çempionatında Kiyev “Dinamo”suna məğlub olduqları matçdan sonra açıqlama verib.

Newsport.az-ın məlumatına görə, Dnepropetrovski təmsilçisinin üzvü "Qarabağ"la oyun öncəsi iddialı danışıb:
"Bizi ancaq “Qarabağ”la görüş düşündürür. Qarşımızda duran əsas məsələ “Qarabağ”la səfər oyunudur. Azərbaycana yalnız qələbə üçün gedirik. Əgər Avropa Liqasında mübarizəmizi davam etdirmək istəyiriksə, mütləq “Qarabağ”a qalib gəlməliyik”.

Xatırladaq ki, “Qarabağ” – “Dnepr” matçı noyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right