"Araz Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayev Azərbaycan Premyer Liqasının 11-ci turunda "Qarabağ"a uduzduqları oyundan (0:4) sonra fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, o, qarşılaşma haqda bunları deyib:
"Danışmalı bir şey yoxdur. “Qarabağ” bütün hallarda bizdən güclüdür. Premyer Liqada qalmaq istəyiriksə, dəyişikliklər etməliyik. Bir neçə yeni oyunçu cəlb olunmalıdır”.