"Bu bizi qane etmir"-Munteanu

Premyer Liqamızın 11-ci turunda bu gün öz meydanında “Bakı” ilə qarşılaşan “Qəbələ” klubunun baş məşqçisi Dorinel Munteanu 1:1 hesabı ilə başa çatan oyun haqda fikirlərini bildirib.

Newsport.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, rumıniyalı mütəxəssis qazanılan bir xalın onları qane etmədiyini deyib:

“Təəssüf ki, ev oyununda 3 xal qazana bilmədik. Nəticədə bir xalla kifayətləndik. Bu bizi qane etmir. Rəqib demək olar ki, bir real qol epizodu yaratdı. Bir dəqiqəlik diqqətsizlik qapımıza qol vurulmasına səbəb oldu. İkinci hissədə çox çalışsaq da, sonuncu zərbəni vura bilmədik. Qazanılan 1 xal isə, sözsüz ki, heç kimi razı sala bilməz”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right