“Oyunu çirkinləşdirmədik” – İbrahim Uzunca

"Bu gün  komandamız çox yaxşı mübarizə apardı. Səfərdə qazanılan 1 xal bizim üçün yaxşı nəticədir”.

Newsport.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi İbrahim Uzunca “Qəbələ” ilə oyundan (0:0) sonra keçirdiyi mətbuat konfransında deyib.

Türkiyəli mütəxəssis komandasında məlum problemlərin olamsına baxmayaraq futbolçuların inamlı mübarizə apardığı bildirib. “Biz hazırlıq dönəmi keçirməmişik. Buna rəğmən, komandamız mübarizə apardı. Məğlub duruma düşsək belə, döyüşdük. Oyunu çirkinləşdirmədik. Yaxşı mübarizə apardıq və səfərdə xal qazandıq. Çətin dönəmdə oyunlara hazırlaşan futbolçularıma təşəkkür edirəm”. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right