Bir vaxtlar "Qəbələ"ni çalışdıran, indi isə "Mordoviya"nın sükanı arxasında yer alan Yuri Syomin Dodonu almaq fikrindədi.
Newsport.az-ın məlumatına görə, "Qəbələ"də top qovan futbolçu karyerasını Rusiyada davam etdirə bilər.
Syomin 27 yaşlı futbolçunu sərəncamında görməkdə israrlıdı. "Qəbələ"nin əsas heyət üzvü olan braziliyalı yarımmüdafiəçinin bu məsələyə münasibəti maraqlıdı. Komandanın aparıcı futbolçusunu rus klubuna satacağı da reallıqdan uzaq görünür.