Məlum olduğu kimi, gələn ayın 6-da "Qarabağ" Avroliqanın qrup mərhələsinin növbəti turunda "Dnepr"i qəbul edəcək.
Newsport.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşə hazırlıqlar indidən start götürüb.
Belə ki, mərkəzi arenada 15.000 "Qarabağ" bayrağı olacaq. Azarkeşlərə paylanacaq bu bayrağlar matç zamanı gözəl görüntünün yaranmasına səbəb olacaq. Bu göstərişi isə "Qarabağ" rəhbərliyi verib.