Hafiz Məmmədov: "Bülənt Qorxmaz kişi adamdır"

“Bülənt Qorxmazın açıqlamasından xəbərim var. Ona təşəkkür edirəm”.

Newsport.az-ın stadium.az saytına istinadən yaydlğı xəbərə görə, bu sözləri “Bakı”nın prezidenti Hafiz Məmmədov klubun keçmiş baş məşqçisi Bülənt Qorxmazın “Bakı”da təmənnasız çalışaram” açıqlamasını şərh edərkən deyib.

“Bülənt Qorxmaz çox mərd insandır. Tanıdığım yeganə məşqçidir ki, klubdan gedəndə belə heç bir təzminat istəmədi. Baxmayaraq ki, həmin vaxt klubda bəzi çətinliklər yaşadı, amma indi də gözəl münasibətlərimiz var. Hətta Ramazan bayramında mənə təbrik mesajı da yazmışdı. O, əbəs yerə “böyük kapitan” deyil. Bu adı ona boş yerə verməyiblər ki?! Bülənt Qorxmaz kişi adamdır” – deyə H.Məmmədov bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right