"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Azərbaycan Premyer Liqasının 9-cu turunda səfərdə AZAL-a 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Newsport.az-ın məlumatına görə, o, qələbə münasibəti ilə futbolçularını təbrik edib:
“Bu gün meydançada sona qədər mübarizə aparan futbolçularımı təbrik edirəm. Oyunçularım çox istəkli idilər. Qələbəni istədik, arzuladıq. İstədiyimiz işləri həyata keçirə bilərik. Təlim-məşq toplanışı belə keçirməmişik. Amma futbolçularım əsl kişilik göstərirlər. Bütün qələbələr onların xarakter göstərməsi ilə bağlıdır. Qələbəni yenə rəhbərliyə həsr edirəm. Daha yaxşı yerlərə gəlməyə çalışırıq. Oyunları çirkinləşdir