"Özümü bağışlaya bilmirəm" - Tərlan Əhmədov

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 9-cu turunda "Bakı"ya uduzduqları oyundan (0:1) sonra fikirlərini bildirib.

Newsport.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, məğlub olduqları qarşılaşma haqda bunları deyib:

“Oyunun ağır keçəcəyini futbolçulara çoxdan demişdim.Bunu hiss edirdim. Bəzi komandalara qarşı futbolçular özlərini hazırlaya bilmirlər. Əsas səhv isə məndə oldu. Heyətdə böyük dəyişiklik etmişdim. Bunun da acısını yaşadım.  Özümü bağışlaya bilmirəm. Bir neçə gün burada olmamağım işə təsir etdi. Futbolçularla söhbət edə bilmədim. Bizi qarşıda ağır oyunlar gözləyir. Həmin görüşlərə hazırlaşmalıyıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right