Topaz Premyer liqada liderliyi davam etdirən Bakının "İnter" klubu oktyabrın 26 da növbəti çətin sınağına çıxacaq. Belə ki rəqib Azərbaycanın flaqmanı "Neftçi" olacaq. Bu çətin oyun öncəsi Newsport.az saytı olaraq "İnter" klubunun istedadlı və gənc futbolçusu Coşqun Diniyevin fikirlərini öyrəndik.
Çətin oyun haqqında isə gənc futbolçu bunları deyib: "Biz hər oyuna qələbə əzmi, qələbə istəyi ilə çıxırıq. Söhbət "İnter"dən gedirsə fərq etmir "Neftçi" və ya digər komanda biz hərbir oyuna eyni istəklə yanaşırıq. "Neftçi" ilə səfər oyununda bizi qane edən ən yaxşı nəticə qələbə olacaq. "Neftçi" ilə "Qarabağ" xal fərqinə görə bizə yaxınlaşır. Bu oyunda qələbə qazanıb fərqi artırmağa çalışacağıq. Çətin oyun olacağını bilirik amma ən azından bu oyuna yaxşı hazırlaşmışıq və rəqibin də bu oyuna ciddi hazırlaşdıqını bilirik. Bütün gücümüzlə çalışacağıq ki bu oyunda qələbə qazanaq".
Emin Ağayev