"Xəzər Lənkəran" "Qarabağ"la oyuna itkilərlə hazırlaşır

Azərbaycan Premyer Liqasının 9-cu turunda "Qarabağ"la qarşılaşacaq "Xəzər Lənkəran" bu oyunun hazırlıqlarını davam etdirir. 

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, zədəli olan Uğur Pamuk və Cahangir Həsənzadə istisna olmaqla, bütün heyət üzvləri məşqlərdə iştirak edirlər. Sabah isə komanda Tofiq Bəhramov adına Respublika Stadionunda oyun öncəsi son məşqə çıxacaq.
 
Qeyd edək ki, “Qarabağ” – “Xəzər Lənkəran” matçı oktyabrın 26-ı, saat 18:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right