17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Estoniyanın paytaxtı Tallinndə təşkil olunmuş UEFA-nın inkişaf mini-turnirində bu gün ilk oyununu keçirib.
Newsport.az saytının məlumatına görə, Farer adaları yığması ilə qarşılaşan komandamız 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, yığmamız turnirdə növbəti oyununu avqustun 13-də Türkiyə komandasına qarşı keçirəcək.