"Simurq" Peşəkar İdman Klubunda daha bir yeni təyinat reallaşıb.
Newsport.az saytının məlumatına görə, Kamran İsmayılov Zaqatala təmsilçisinin baş meneceri vəzifəsində çalışacaq.
Qeyd edək ki, İsmayılov daha əvvəl "Şəmkir"də, "İnter"də, "Bakı"da və Azərbaycan millisində menecer vəzifəsində çalışıb.