"Qarabağ"ın futbolçusu: "İki oyunda bir xal pis deyil"

"Hər 3 komandanın qrupdan çıxmaq şansı var. Eləcə də bizim. Demək olar ki, "İnter" qrupdan çıxmaq yolunda böyük bir addım atıb. Qalır bizimlə birlikdə 3 komanda ki, şanslarımız da var. Çalışırıq ki, qələbə qazanıb qrupdan çıxmaq yolunda bir addım ataq".

Bu sözləri newsport.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Şəhriyar Əliyev deyib.

Ağdam klubunun üzvü 2 oyunda qazanılan bir xlaı pis saymır və Ukraynadan yaxşı nəticə ilə dönmək istədiklərini bildirib:

"İki oyunda qazandığımız bir xal pis deyil. İndi diqqətimizi "Dnepr"lə oyuna yönəltmişik. İnanıram ki, səfərdən yaxşı nəticə ilə Bakıya qayıdacağıq. Biz Ukraynadan xalla qayıtmaq üçün bütün gücümüzü ortaya qoyacağıq".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right