"Qarabağ"ın futbolçusu Muarem Muaremin Newsport.az saytına müsahibəsi.
- "Qəbələ" ilə matçda çətinlik çəkdiz. Ancaq qələbə qazanmağı bacardız..
- Bizim üçün çətin oyun keçdi. Bunun da bəzi səbəbləri var. Uzun müddətdir ki, bir yerdə məşq etmirdik. Çox oyunçular millidə idi. Ümumiyyətlə hər zaman milli toplanışlarından sonra bir az sıxıntı yaşayırıq. Elə əvvəllər milli toplanışından döndükdən sonra uduzurduq. Bu dəfə isə şükür Allaha belə olmadı. Önəmli olan qazanmaq idi. Oyun içindi bir neçə zədə problemləri ortaya çıxdı.
- Hər halda zədələr "Qarabağ"ın xeyrinə oldu elədi? Çünki dəyişiklər baş verdi və daha güclü oyunçularınız meydana daxil oldu...
- Əlbəttə. Hər zaman hazır olmaq lazım buna. Baş məşqçi harada bizə oynamağı etibar edəcəksə, orada da oynamalıyıq. Ona görə də deyirəm ki, əsas olan "Qəbələ" üzərindəki qələbə idi. Biz də buna görə çox sevindik.
- Ancaq demək olar ki, "Qarabağ" "Dnepr" matçını düşünərək bütün gücünü meydanda qoymadı?
- Yox biz hər oyuna ayrı-ayrı hazırlaşırıq. İndiki məqamda əsas diqqət "Dnepr" matçıdı. Ancaq öncə "Qəbələ" ilə oyunu düşünürdükş Yənni hər oyunun öz yeri var. Bayaq da dediyim kimi milliyə görə bir az problem yaşadıq. Çünki yorğun gəlmişdi. Azərbaycan milli iki oyun keçirdi, Albaniya elə, mən də Makedoniya millisindən gəldim. Yəni yorğun idik çoxumuz. Belə vəziyyətdə belə şükür Alalha qələbə qazandıq.
- "Dnepr" matçı haqda nə düşünürsən? Onlara qalib gələcək gücdəyik?
- Əlbəttə. Qrupdakı hər bir komandanı məğlub edəcək gücdəyik. Səfərdə oynayacağıq. Çox çətin olacaq. "Dnepr"lə oyunlar qrupdan çıxmağımızı həll edə bilər. yaxşı şans dşüüb əlimizə. Əsas odu ki, Ukraynada uduzmayaq. Oradan yaxşı nəticə ilə dönmək istəyirik.
"Dnepr"lə matçlarda 6 xal yoxsa, 4 xal sizi qane edəcək?
- Təbii ki, 6 xal çox yaxşı olardı. Amma 4 xal da pis nəticə sayılmamalıdı. Əsas odu ki, Ukraynada "Dnepr"ə uduzmayaq.
Mərdan Həsənli