Nikolas Kanales: "Neftçi" azarkeşlərini çox sevirəm" AÇIQLAMA

“Neftçi”  hücumçusu Nikolas Kanales klubun rəsmi saytına açıqlama verib.
 
Newsport.az saytının məlumatına görə, çilili futbolçu "Neftçi" üçün darıxdığını bildirib:
 
 “Neftçi” mənim üçün doğma klubdur. Burada özümü yeni hesab etmirəm. Karyeramın ən uğurlu dövrünü burada keçirmişəm. “Neftçi”nin heyətində Avropa Liqasının qrup mərhələsində oynamışam. Çempionatda da ən məhsuldar oyunçu olmuşam. Məqsədim odur ki, Avropadakı nailiyyətimizi yenidən təkrarlayaq. Komandanın heyəti də buna imkan verir. “Neftçi”də kifayət qədər güclü futbolçular cəmləşib və inanıram ki, birlikdə biz qarşıya qoyulan vəzifənin öhdəsindən gələcəyik.
“Neftçi” azarkeşini çox sevirəm və bilirəm ki, onlar da mənim üçün darıxıb. Çalışacağam ki, vuracağım qollarla onları yenə də sevindirim”.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right