Premyer Liqanın növbəti turunun daha 1 görüşü canlı yayımlanacaq.
Newsport.az-ın məlumatına görə, söhbət "Qəbələ" - "Sumqayıt" matçından gedir.
Oktyabrın 24-də baş tutacaq qarşılaşma "İdman Azərbaycan" telekanalından birbaşa nümayiş olunacaq. Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 16:00-da başlanacaq.
Bunadək IX turun "Qarabağ" - "Xəzər Lənkəran" matçının da sözügedən telekanalla birbaşa yayımlanacağı məlum olub. Həmin oyun oktyabrın 26-a təyin olunub.