İngiltərənin məşhur idman portalı skysports.com “Qarabağ”ın Avropa Liqasının “Tvente”yə qarşı keçiriləcək pley-off mərhələsindəki oyuna şərh verərkən 2 səhvə yol verib.
Newsport.az saytının məlumatına görə, portal komandanın adını "Qarabağ Azərsun" kimi qeyd edib. Bundan əlavə, Skysport-un üzvlərinin proqnozlarına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matça "4-4-2" sxemi ilə çıxacaq.
İngilis mütəxəsislərin fikirlərinə görə "Qarabağ" oyuna bu heyətlə çıxacaq: Şehiç, Qarayev, Medvedev, Sadıqov, Qurbanov, Hüseynov, Aqolli, Almeyda, Leroy, Nadirov, Dias.
Lakin İlqar Qurbanov və Maksim Medvediyev zədəli olduqlarından oyunu buraxmalı olacaqlar.