"Qol vurmağa yaxın idik" - Çixradze

"Simurq"un baş məşqçisi Georgi Çixradze Azərbaycan Premyer Liqasının 8-ci turunda "İnter"lə  oyunu (0:0) şərh edib.

Newsport.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, bərabərə qaldıqları matç haqda bunları deyib:

“Çox gәrgin bir oyunun şahidi olduq. Hәr iki komanda meydançaya qәlәbә qazanmaq arzusu ilә çıxmışdı. "İnter"in də, bizim də imkanlarımız var idi. Fikrimcә, qol vurmağa daha yaxın idik. Amma tәәssüf ki, alınmadı”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right