Sxadadzedən acı etiraf: "Çox təəssüf ki, alınmadı"

“Öncә Müstәqillik Günü münasibəti ilə sizi təbrik edirəm. Oyuna gəldikdə, onu deyim ki, böyük әrazi üstünlüyümüz var idi. Amma cinahlardan düzgün hücüm qura bilmirdik. "Simurq" müdafiә futbolu oynamağı bacaran bir kollektivdir".

Bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 8-ci turunda "Simurq"la bərabərə qaldıqları oyundan (0:0) sonra deyib.

Gürcü mütəxəssis oyunda az qol epizodu yaratdıqlarını bildirib:

"Amma qәlәbә qazanmaq üçün şanslarımız var idi. Çox tәәssüf ki, alınmadı. Evdә 2 xal itirdik. Bu oyunu unudub, "Neftçi" ilə matça hazırlaşmalıyıq”. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right