Araz Abdullayev əvəzedici heyətə göndərildi

Bu gün “Neftçi”nin klubdaxili iclası keçirilib.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda rəhbərliyi və məşqçilər heyətinin iştirakı ilə baş tutmuş toplantıda “Sumqayıt” - “Neftçi” oyununda intizamsız davranışa yol verən futbolçu Araz Abdullayevin cəzalandırılması ilə bağlı qərar qəbul edilib. Klubdaxili nizam-intizam qaydalarını pozan yarımmüdafiəçi baş məqşçi Arif Əsədovun təqdimatına əsasən əvəzedici komandaya göndərilib.

Bu gün keçirilmiş məşqdən öncə Araz Abdullayevin cəzalandırılması ilə bağlı komanda üzvlərinə və futbolçulara məlumat verilib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right