Berti Foqts: "Mən onlara Azərbaycan millisində çalışa bilməyəcəyimi dedim"

Azərbaycan millisinin baş məşqçisi postundan istefa verən Berti Foqts bu gedişi barədə danışıb.

Newsport.az-ın məlumatına görə,  Foqts millimizdən gedişi barədə bunları deyib: 

“AFFA rəhbərliyi ilə söhbətimiz oldu. Mən onlara Azərbaycan millisində çalışa bilməyəcəyimi dedim. Futbol oynamaq üçün daim hazır olmalısan. Mən artıq özümü orada görmürdüm. Ona görə də istefa verdim. Yenə də deyirəm ki, Azərbaycan klublarında futbolçularla bağlı problemlər var. Çempionatda oynayan komandalardan oyunçulara intensiv məşqlər keçirilmir. Amma Azərbaycan millisi ilə uğur qazana bildim. Onları reytinq siyahısında 147-ci pillədən 73-cü yerə qədər gətirdim”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right