Dorinel Munteanu: "Hamı gördü ki, meydanda bizə mane oldular"

"Bu gün hamı və futbol mütəxəssisləri gördü ki, meydanda bizə mane oldular. Komandama bəraət qazandırmıram. Lakin bu, bizə bir siqnal oldu".

Newsport.az-ın məlumatına görə,  bu sözləri "Qarabağ"la matçda məğlub olan (0:2) "Qəbələ"nin çalışdırıcısı Dorinel Munteanu deyib.

Rumıniyalı mütəxəssis komandasının oyunundan razı qaldığını söyləyib: "Daha əvvəlki oyunlar haqda danışmaq fikrində deyiləm. Çünki həmin oyunlar haqda əvvəl danışmışıq. "Qarabağ"la qarşılaşmada müdafiə xətti yaxşı oynadı. 

Sadəcə olaraq xırda səhvlər var idi. Bunu müzakirə edəcəyik. Ancaq təəssüf ki, bunu sizinlə müzakirə edə bilmərəm. Bizim müdafiə haqda fikirlərimiz yaxşıdı".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right