"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün Azərbaycan Premyer Liqasının 8-ci turunda "Qəbələ" ilə oyundan sonra keçirilən mətbuat konfransında milli komandaya mümkün dəvəti ilə bağlı sualı cavablandırıb.
"Bu təklifi dəvət gəldikdən sonra müzakirə etmək olar. Hazırkı işimdən razıyam, amma əgər Azərbaycan futboluna milli komandada işləməyim lazım olarsa, bu məsələni müzakirə edə bilərəm. Ancaq hazırkı vəziyyətdə fikrim ancaq "Qarabağ"a yönəlib. Mənim üçün çox xoşdur ki, adım milli komandanın baş məşqçisi vəzifəsində hallanır".