"Neftçi" klubunun sabiq hücumçusu Nikolas Kanales artıq Bakıdadır. Çilili futbolçu "Neftçi" ilə müqavilə imzalamaq üçün ölkəmizə gəlib.
Bu barədə Newsport.az saytına "Neftçi" klubunundan məlumat verilib.
Klub rəsmisi bildirib ki, bugünlərdə Kanaleslə müqavilə imzalanacaq: "Kanales ona gələn bütün təklifləri rədd edib və öz istəyi ilə "Neftçi"yə qayıdıb. Onunla müqavilə imzalanacaq. Ancaq münasibətlər rəsmiləşməyənədək deyə bilmərik ki, o, bizim futbolçumuzdur".
Qeyd edək ki, Nikolas Kanales 2012-2013-cü il mövsümündə “Neftçi”də çıxış edib. O, Azərbaycan Premyer Liqasında 31 oyuna 26 qolla bombardir olub.