"Berti Foqtsun istefası qarşılıqlı şəkildə oldu və bilinmir ki, bu posta kim gətiriləcək".
Bu sözləri Newsport.az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu deyib.
Qurum rəsmisi yaxın günlərdə məsələyə tam aydınlıq gələcəyini bildirib:
"Heç kimlə danışıq aparmamışıq. Bu yerli də ola bilər, xarici mütəxəssisdə. Biraz səbr etmək lazımdı".