Demek iki gündü Xorvatiya - Azərbaycan oyunu ilə bağlı bütün saytlara, azarkeşlərin fikirlərinə baxdım. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Burdan belə qənaətə gəldim ki, 100 dənə də Foqts kimisi gəlsə bizim xalqımız onu qəbul etməyəcək".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin sabiq rəisi Güloğlan Cabbarov deyib.
Cabbarov millinin yerli məşqçiyə verilməsini istəyir:
"Ay qardasş, verin öz məşqçilərimiz milli komandada işləsin. Milli komandada baş məşqçi azərbaycanlı olmalıdı. Bunun üçün hazır gənc perespektivli məşqçilərimiz yetişib. Onlara güvənmək lazımdı. Əgər nəticə qazanmaq istəyiriksə bunun üçün AFFA və PFL başda olmaqla köklü islahatlar olmalıdı.Çünki bu islahatlar həm Azərbaycan futbolunun gələcəyinə, həm də bugünkü psixoloji gərginliyin azalmasına geniş ölçüdə xidmət etmiş olacaq. Bunun üçün AFFA başçısı tez bir zamanda iclas keçirməli, bu tip oyunların bir daha baş tutmaması və millətimizin, azarkeşlərimizin, milli qürurumuzun bir daha tapdalanmaması üçün gərəkli islahatlar olmalıdı.Əgər biabırçı futbolun yaşanmamasını istəyiriksə bu islahatlar olmalıdı".