ŞOK! Əliyar Ağayev vəhabi imiş

Hazırda Azərbaycanın ən yaxşı hakimi kimi qiymətləndirilən Əliyar Ağayev “mömin” imiş. 

Newsport.az stadium.az-a istinadən xəbər verir ki, Əliyar Ağayev sən demə, vəhabi imiş.

Bunu deməyə səbəbimiz də var. Belə ki, təxminən bir aya yaxındı davam edən Həc ziyarətində Əliyar Ağayev də olub. Azərbaycandan Səudiyyə Ərəbistanına gedən zəvvarlarlar arasında qruplaşma olub. İş ondadır ki, Əhli Sünni və Əhli Şiə məhzəbinə aid olan zəvvarlar ziyarət zamanı bir-birlərinə qaynayıb-qarışıblar. Ölkəmizdə daim bir yerdə, problemsiz yaşayan bu iki məhzəbdən olan zəvvarlar Məkkə və Mədinə şəhərlərində də ayrıseçkilik salmayaraq, ziyarətlərini birgə ediblər.

Ancaq Azərbaycandan ziyarətə gedən vəhabilər Şiə və Sünnilərdən ayrı hərəkət edib, ayrı məskublaşıblar. Hətta vəhvbilərin qrup rəhbərləri də ayrı olub. Bütün vəhabilər Həc ziyarəti zamanı qrup halında birgə hərəkət ediblər. Yuxarıda adın çəkdiyimiz hakim Əliyar Ağayev də məhz vəhabilərin arasında olub.

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun ən sevdiyi və hər addımda qabağa çəkdiyi Əliyar sən demə, vəhabi imiş. Yoxsa, Xaqani Məmmədov AFFA bayrağı altında vəhabi yetişdirməklə məşğuldur, xəbərimiz yoxdur?

Vəhabilərlə Şiələrin düşmən olması heç kimdə sir deyil. İraq və Suriyada gedən döyüşlərdə vəhabilər 10 yaşlı şiə uşağın belə başın kəsməkdən çəkinmir, bunu azğınlaşmışcasına edir. Əhli Sünni məhzəbi isə vəhabiləri yaxına buraxmır. Çünki vobalar özlərini cəmiyyətə məhz sünni kimi sırıyırlar. Bunları ona görə sadaladıq ki, kimsə Əliyarın vəhabi olmadığını deyə bilər. O zaman ortaya sual çıxır, vəhabi olmayanın 20 gün vəhabilərin arasında nə işi vardı?  

Vəhabi onlardır ki, onları bütün dünya terrorçu qruplaşma və ya terror təşkilatı kimi qəbul edir. Onlar hazırda ən çox İŞİD-in tərkibində döyüşürlər. İndi Azərbaycan Dövləti də vəhabilərə qrşı daxildə çox kəskin mübarizə aparır. Bu radikal qruplaşma hər an dövlətçiliyimiz üçün təhlükədir. Bu səbəbdən də, vəhabilərlə mübarizə dövlətimiz tərəfindən günü-gündən gücləndirilir.

Bəs AFFA və onun Hakimlər Komitəsi, bu komitənin başçısı Xaqani Məmmədov əlində şam kimi tutduğu bir hakiminin vəhabi olduğun bilmir?





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right