"Xəzər Lənkəran" "Bakı" ilə keçirəcəyi oyunun hazırlıqlarını davam etdirir.
Newsport.az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Cənub komandasında Rəşad Sadıqov və Ağabala Ramazanov zədə səbəbindən "zolaqlılar"la matçı buraxacaq.
Bugün doğma şəhərinə üz tutan komanda paytaxt klubu ilə matça məhz "Fırtınalar meydanı"nda hazırlaşacaq.