"Araz-Naxçıvan"dan ilk, "Neftçi"dən növbəti anti-rekord

Topaz Premyer Liqasının I turu “Araz-Naxçıvan” üçün əlamətdar olub. Belə ki, əyalət klubu Azərbaycan çempionatının yüksək liqasında ilk dəfə böyükhesablı qələbə qazanıb.

Newsport.az saytının məlumatına görə, öz meydanında “Neftçi”ni 3:0 hesabı ilə məğlub edən Naxçıvan klubu güclülər dəstəsində oynadığı 2000/01 və 2001/02 mövsümlərində belə zəfər əldə etməmişdi. Həmin vaxt 42 oyun keçirən “Araz” (Naxçıvan) 11 ağır məğlubiyyət alsa da, özü böyük hesabla qalib gəlməmişdi. 12 ildən sonra adını dəyişib Premyer Liqada çıxış edən “Araz-Naxçıvan” ilkə 43-cü matçında imza atdı.

“Neftçi” isə Premyer Liqa tarixində 7-ci dəfə 3 və ya daha çox top fərqinə üzüldü. Bunadək ölkənin ən titullu klubu 6 dəfə böyük hesaba üzülmüşdü. 7-ci dəfə belə uduzan “ağ-qaralar” 1 dəfə öz meydanında, 6 dəfə səfərdə məğlub olub.

03.07.1992

Xəzər (Sumqayıt) - Neftçi (Bakı)

3:0

20.10.2007

Bakı - Neftçi (Bakı)

5:1

13.05.2011

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

3:0

11.03.2012

Qəbələ - Neftçi (Bakı)

4:1

31.08.2013

Bakı - Neftçi (Bakı)

3:0

28.02.2014

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

1:4

10.08.2014

Araz-Naxçıvan – Neftçi (Bakı)

3:0

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right