Elmin Çobanov: "Biz sübut etdik ki...." AÇIQLAMA

Topaz Premyer Liqasının ilk turunda "Araz-Naxçıvan" PFK doğma arenada "Neftçi"ni məğlub etdi.
 
 Newsport.az saytının məlumatına görə, çempionata 3 xalla başlayan Muxtar Respublika təmsilçisinin heyətində ikinci qolun müəllifi Elmin Çobanov oyun barədə fikirlərini klubun rəsmi saytına bildirib: 

"Bu görüşdən öncə bizim şanslarımızı az dəyərləndirirdilər. Lakin biz oyunumuzla sübut etdik ki, çempionata heç də pis hazırlaşmamışıq. Qarşıda bizi çətin oyunlar gözləyir. Artıq bu qələbəni unudub digər görüşlərin hazırlıqlarına start vermişik. Son zamanlar mətbuatda çıxın söz-söhbətlərə gəlincə, ötən mövsümü də bu komandanın heyətində çıxış etmişəm. Baş məşqçimiz yalnız futbolçunu oyununa görə seçir. Mən, eləcə də digər komanda yoldaşlarım yazılan bu fikirlə razı deyilik. Kiməsənin bilmədiyi, dəqiqləşdirmədiyi məlumatı yazması haqsızlıqdı." 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right