Hafiz Məmmədov: "Bakı" daha güclü olacaq

Dünən "Bakı" Futbol Klubunun prezidenti Hafiz Məmmədov komandamızın futbolçularıyla görüşüb.
 
Newsport.az görüş zamanı klubun prezidenti "Bakı"nın bundan sonra da yaşayacağını, hazırkı heyətlə yola davam ediləcəyini, növbəti ilin yanvarından isə komandanın daha güclü olacağını bildirib. Məmmədov ona güvənib bu vaxta kimi düşərgədə qalan hər bir futbolçuya xüsusi təşəkkürünü çatdırıb. Komandaya olan bütün borcların isə qarşıdakı bir həftə ərzində ödəniləcəyi bildirilib. Eyni zamanda Hafiz Məmmədov bütün futbolçulara və klubun işçilərinə dözümlü olduqlarına görə təşəkkür etdi. Gənc futbolçulara uğur diləyən klub prezidenti komandanın bundan sonrakı çıxışının onlar üçün böyük şans olduğunu vurğuladı.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right