Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən "Bakı" klubu bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayıb.
Newsport.az -ın məlumatına görə, "zolaqlılar" birinci divizion təmsilçisi "Bakılı" ilə qarşılaşıb.
Oyun "Bakı"nın qələbəsi ilə başa çatıb. Risto Ristoviç və Jabanın dublu İbrahim Uzuncanın komandasına böyükhesablı qələbə qazandırıb - 4:1.