"Qəbələ"nin zədəlilərindən xəbər var

Premyer Liqanın növbəti turuna hazırlaşan "Qəbələ"də məşqlər davam edir. 

 Newsport.az  saytının məlumatına görə bu barədə saytımıza açıqlamasında "Qəbələ" klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib,onun sözlərinə görə doğma şəhərdə hazırlıqın davam etdirən komandanın zədəli oyunçularından xəbər var. Belə ki, son 2 turu kənardan izləyən Dodo, artıq sağalıb. O, "Qarabağ"la oyuna tam olaraq hazırdı. Bundan başqa, Vladimir Levin də zədədən qayıdıb. Millimizin sabiq üzvü kollektiv məşqlərə başlayıb. Ruslan Əmircanovla Ruslan Abışova gəlincə, bu oyunçular hələ paytaxt Bakıda müalicə olunurlar.

Qeyd edək ki "Qəbələ" ayın 17-si səfərdə "Qarabağ"ın qonaqı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right