"Xəzər Lənkəran" ciddi itgi ilə üzləşib.Cənub klubu iki aparıcı üzvünü itirib.
Newsport.az saytının məlumatına görə bu barədə saytımıza açıqlamasında “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu açıqlama verib.
Klub rəsmisi bildirib ki, Ağabala Ramazanov və Rəşad Sadıqov komandadan ayrı düşüblər:
"Ağabala Ramazanov hələ komandaya qoşulmayıb sabahdan komandaya qoşulacaq,zədəsinin nə dərəcədə ciddi olub olmamaqı sabah bilinəcək.Rəşad Sadiqov isə komandadan ayrı düşüb,buna səbəb onun məşq zamanı zədə almasıdır"
Qeyd edək ki,"Xəzər Lənkəran" ayin 19-u öz doğma meydanında "Bakı"nı qəbul edəcək