"Dünənki oyunun nətiəsi AFFA rəhbərliyi məyus edib. Komanda belə uduzmalı deyil. Ardıcıl iki səfər matçından sıfır xalla qayıtmaq olduqca pis nəticədir”.
Newsport.az-ın məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan milli komandasının AVRO – 2016-nın seçmə mərhələsinin III turunda Xorvatiyaya biabırçı məğlubiyyətdan (6:0) deyib.
Qurum rəsmisi məğlubiyyətlərə görə, baş məşqçi Berti Foqtdan izahat tələb edəcəyini söyləyib:
"3 oyundan 0 xal yığmağın necə də pis nəticə olduğunu anlayırıq. İlk turlardakı məğlubiyyətlər komandanı və baş məşqçini qarşısına qoyulmuş məqsədlərdən uzaqlaşdırır. Amma təəssüf ki, reallıq belədir və biz İcraiyyə Komitəsinin üzvləri ilə bu nəticələri müzakirə edəcəyik. Berti Foqtsdan yaranmış vəziyyətlə əlaqədar izahat tələb edəcəyik.