Azərbaycan millisinin "Avro-2016"nın seçmə mərhələsindəki oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edən "Bakı" bu gün növbəti yoldaşlıq matçına çıxacaq.
Newsport.az-ın məlumatına görə, paytaxt klubunun rəqibi birinci divizion təmsilçisi "Bakılı" olacaq.
"Bakı"nın təlim məşq toplanışında keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.
Qeyd edək ki, "Bakı" bundan əvvəl yoldaşlıq görüşündə "Neftçi" ilə bərabərə qalıb - 0:0.