"İnter"in hər mövsüm hədəfi çempionluq olub" MÜSAHİBƏ

"Topaz Premyer Liqasının ilk turunun "İnter" 4:0 "Qəbələ" oyununda sonra meydan sahiblərinin yarımmüdafiəçisi Asif Məmməmodovun Newsport.az saytına müsahibəsi
 
- İlk oyunda böyükhesablı qələbə qazandınız. Oyunla bağlı nə deyə bilərsən ?
- Baxmayaraq ki, bu ilk oyunumuz idi, amma komanda çox yaxşı oynadıq. Hesabı erkən açmağımız bizim üçün yaxşı oldu. Rəqibi əks hücumarda cəzalandırmağı bacarıdıq. Qələbə qazandığımız üçün çox sevncliyəm.
 
- Gələn tur "Qarabağ"la qarşılaşacaqsınız. Bu cür oyunu Ağdam təmsilçisi qarşısında da sərgiləyə biləcəksinizmi ?
- Çempionat indi başlayıb. Bir qələbə qazanmışıq deyə arxayınlaşmaq olmaz. Qarşıda "Qarabağ"a qarşı çox çətin oyun gözləyir. Biz komandaları ad olaraq fərqləndirmirik. Çempionatda mübarizə aparan hər bir komandaya qalib gəlmək ixtiyarındayıq.
 
- Lakin ötən mövsüm 4 oyunda "Qarabağ"a məğlub olub, çempionluğu əldən vermişdiniz. Bu mövsüm də eyni ssenari təkrarlanacaq ?
- Ötən mövsüm ilk turlarda çox xal itirmişdik. Çempionat başlayanda komanda da nəisə çatışmazlıq var idi. Şükürlər olsun ki, indi hər şey qaydasındadır. Bir daha qeyd edirəm, bu mövsüm bütün rəqiblərimizə qarşı yaxşı mübarizə aparmağa çalışacağıq.
 
- Nədənsə ehtiyatlı danışırsan. Sırf olaraq "İnter" çempionluq uğurunda digər rəqibləri ilə mübarizə apara biləcək ?
- "İnter"in hər mövsüm hədəfləri çempionluq olub. Bu mövsüm də əsas hədəfimiz sonda gülən tərəf olan olmaq olacaq.
 
İlkin Sultanlı




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right