Berti Foqts: Mənim Azərbaycan yığmasında gələcəyim ola bilməz
“Xorvatiya millisini təbrik edirəm. Hesab oyuna görə oldu. Bir komanda sona qədər mübarizə aparır, digəri isə buna fiziki baxımdan hazır deyildi”.
Newsport.az apasport.az-a istinadən xəbər verir ki, bu sözlər Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsa məxsusdu.
Yığmamız az öncə 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsində Xorvatiya ilə qarşılaşdı. Osiyek şəhərində baş tutan görüşdə qapısından 6 cavabsız top buraxan komandamızın almaniyalı çalışdırıcısı oyundan sonra təşkil olunan mətbuat konfransında biabırçı məğlubiyyətin səbəblərini açıqlayıb.
“Komandam 3 gündən bir oynaya bilmir. Klublar Avroliqada oynadıqdan sonra fasilə edirlər. Bu da yığma üzvlərinə təsir göstərir. Menecerim AFFA ilə əlaqə saxlayacaq. Belə şərtlərlə mənim Azərbaycan yığmasında gələcəyim ola bilməz” – deyə, Foqts bildirib.
- Xorvatiyalı jurnalistlər 5 müdafiəçi ilə oynadığımıza görə bizə gülürdülər. Bu qədər ultramüdafiə nəyə lazım idi?
- Yəqin ki, xorvatiyalı jurnalistlər dünya çempionatına baxmayıblar.