"Simurq" rəsmisi təkzib etdi və Emin Ağayevə "ilişdi"

"Simurq" Georgi Çixradzenin postundan getməsi ilə bağlı yayılan xəbərləri rəsmən yalanlayıb.

Newsport.az-a açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev bu xəbərin yalan olduğunu bildirərək, gürcüstanlı mütəxəssisə güvəndiklərini və ona növbəti dəfə şans verdiklərini bildirib:

"Bunlar hamısı boş söhbətlərdi. Deyirlər Emin Ağayev "Simurq"a gəlir. Eminin "Simurq"a gələcək qədər təcrübəsi yoxdu. Klub rəhbərliyi Çixradzeyə inanır və bu gün komandanın başındadı. Çixradzenin komandanı bu vəziyyətdən çıxaracağına inanırıq".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right