Saşa Stamenkoviç:"Millinizə 3:0 hesablı qələbə arzulayıram"

"Neftçi"nin qapıçısı Saşa Stamenkoviç bu gün Avropa çempionatının seçmə qrup mərhələsində Xorvatiya millisinin qonağı olacaq Azərbaycan yığmasının oyunu ilə bağlı fikirlərini bölüşüb.

 Newsport.az-ın məlumatına görə, Serbiyalı əlcək sahibi çörək yediyi ölkəyə qələbə arzulayıb.

"Azərbaycan üçün çox çətin olacaq. Palermoda baş tutan oyunda milliniz İtaliya ilə uğurlu nəticə qazandı. Həmin qarşılaşma futbolçularınıza özünəinam hissi əlavə edəcək. Azərbaycana azarkeşlik edəcəm. Millinizə 3:0 hesablı qələbə arzulayıram".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right