8 klubun Azərbaycan Kubokunda iştirakdan imtina etməsi barədə xəbər vermişdik. Belə ki, I divizion təmsilçiləri - "Göyəzən", "Energetik", "Şəmkir", "Şuşa", "Turan Tovuz", "Kəpəz", "Bakılı" və "Mil-Muğan" kubokda iştirak etmək istəmir.
Newsport.az-ın məlumatına görə, PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev açıqlamasında klubların kubokda oynamamasına belə aydınlıq gətirib: "Biz kubokda iştirakla bağlı bütün klublara müraciət edirik. I divizionda klubların maddi durumları çox yüksək deyil. Biz də bunu nəzərə alırıq”.