"Neftçi” PFK-nın U-13 komandası Rusiyanın Soçi şəhərində keçirilən "Dəri top” turnirində ilk oyununu keçirib.Təmsilçimiz Kalininqrad komandasını 2:0 hesabı ilə məğub edib. "Neftçi”nin qollarını Ramin Nəsirli və Zeynəddin Abdulrəhmanov vurub. "A” qrupunda mübarizə aparan komandamız növbəti oyununu oktyabrın 15-də Qazaxıstanın "Kostanay” klubuna qarşı keçirəcək.