Azərbaycan millisi bu gün "Avro-2016"nın seçmə mərhələsində üçüncü oyununa çıxacaq
Newsport.az-ın məlumatına görə, millimiz Osiyekdə Xorvatiya seçməsinin qonağı olacaq.
İtaliya səfərindən məğlub ayrılan komandamızın xorvatlarla oyunda nə edəcəyi maraqla gözlənilir.
Bakı vaxtı ilə saat 23:45-də başlayacaq oyunu isveçrəli hakimlər briqadası idarə edəcək.
13 oktyabr
“Avro-2016”nın seçmə mərhələsi
H qrupu
23:45. Xorvatiya – Azərbaycan 6-0
Qollar: Andrey Kramariç, 11 (1:0), İvan Perişiç, 34, 44 (3:0), Marselo Brozoviç, 45+1 (4:0), Luka Modriç, 56-pen (5:0), Rəşad Sadıqov, 61-avtoqol (6:0)
Hakimlər: Stefan Studer, Sandro Pozzi, Yan-Yves Viçt (İsveçrə)
Osiyek. "Qradski" stadionu